Banco.az | Tezliklə

Azərbaycanda maliyyə sektorunda çalışanların sayı azalıb

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatının maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı 26,7 min nəfər, onların orta aylıq nominal əmək haqqı 1 202,2 manat təşkil edib. 

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Azərbaycanca

Bu il Azərbaycanda 10 minədək POS-terminal ləğv edilib

Azərbaycanda bu ilin iyul ayı ərzində POS-terminalların ümumi sayı 3,7% və ya 2 730 ədəd azalaraq avqustun 1-nə 70 492 ədəd təşkil edib. 

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib. 

Azərbaycanca

Hansı bankdan pulsuz kart almaq olar?

Plastik kartlar nağdsız və onlayn əməliyyatlar üçün ideal məhsuldur. Günümüzdə bir çox insan plastik kartlardan istifadə edir və bu istifadə artmaqda davam edir.

Bəzi banklar müştərilərinə plastik kartları pulsuz olaraq təqdim edirlər. Bu zaman ilkin mədaxil tələb oluna bilər.

Azərbaycanca

CDB Bank-dan “Payız fürsəti”

Azərbaycanca

Daim müştərilərini sevindirməyə çalışan CDB Bank payız mövsümündə də ənənəsinə sadiq qaldı. Belə ki, bank təqdim etdiyi “Tikdim ki, izim qala” əmanətinin gəlir faizlərini yüksəldib. İndi vətəndaşlar əmanətlərini illik 15 faizlə yerləşdirə bilərlər.

Azərbaycan Beynəlxalq Bankı ilə “Yuventus” futbol klubu arasında saziş imzalandı

Azərbaycanca

Azərbaycan Beynəlxalq Bankı ilə dünyanın məşhur futbol klublarından olan “Yuventus” arasında əməkdaşlıq üzrə saziş imzalanıb.

"Mastercard Europe SA" Azərbaycanda nümayəndəlik açıb

Vergilər Nazirliyi "Mastercard Europe SA" şirkətinin Azərbaycandakı nümayəndəliyini qeydiyyata alıb.

Şirkətin Azərbaycandakı qanuni təmsilçisi Bedir Değerli Yasemin, hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev ev 4/189, Falez Plaza, 6-cı mərtəbədir. 

Azərbaycanca

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,95 dollar və yaxud 1,99% azalıb.

"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,78 dollara bərabər olub.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə (21.09.2016)

Azərbaycan Mərkəzi Bankı 21 sentyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, sentyabrın 21-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,6331 manat təşkil edir.

Azərbaycanca

Sentyabrın 21-nə dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 21.09.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6331 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, sentyabrın 20-də USD/AZN rəsmi məzənnəsi 1,6370 səviyyəsində olub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »