Banco.az | Tezliklə

Azərbaycanda bankların cəmi aktivləri 32 mlrd. manata yaxındır

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanın bank sektorunun 30 noyabr 2016-cı il tarixinə icmal göstəricilərini açıqlayıb. Palatadan verilən məlumata görə, yerli 32 bankın cəmi aktivləri 31,869 mrld. Manat, cəmi öhdəlikləri 29,579 mlrd. manat, balans kapitalı isə 2,29 mlrd. manat təşkil edib.

Azərbaycanca

"Azsığorta"nın Direktorlar Şurasına yeni sədr təyin olunub

“Azsığorta” ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib. Bu vəzifəyə Viladi Maniyev gətirilib.

O, bundan əvvəl “Qala Sığorta” ASC-nin İdarə Heyətinin sədri olub. V.Maniyev yeni vəzifəsində Aleksandr Kananadzeni əvəz edib.

Azərbaycanca

19 minə yaxın yeni iş yeri açılacaq

2020-ci ilə qədər Azərbaycanda logistika və ticarət üzrə real ümumi daxili məhsulun 605 mln. manat artacağı, bu sahədə 18 900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bu barədə Azərbaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində bildirilir.

Azərbaycanca

Banka sığorta agenti lisenziyası verilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə, “GünayBank” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib. 

Azərbaycanca

"Bank of Baku"nun rəhbəri dəyişdi

“Bank of Baku” ASC-nin İdarə Heyətinin (İH) sədri Abbas İbrahimov işdən çıxıb. 

Məlumata görə, hazırda sədrin vəzifəsini müvəqqəti olaraq sədr müavini Eldar Həmidov icra edir.

A.İbrahimovun isə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İH-nin sədr müavini vəzifəsinə təyinat alacağı gözlənilir. Yanvar ayında bu təyinatların rəsmən təsdiqlənəcəyi ehtimal olunur.

Azərbaycanca

Azərbaycan Beynəlxalq Bankından körpələrə hədiyyə

Azərbaycanca

“Nargis Fund” və “Amapola Exclusive Events” şirkətinin təşkil etdiyi “Soyuq əllər, isti ürək” adlı Yeni il Xeyriyyə Yarmarkasının sponsorlarından olan Azərbaycan Beynəlxalq Bankı yarmarka çərçivəsində uşaq evlərinin sakinlərinə maraqlı sürpriz edib.“İnter” Peşəkar İdman Klubunun futbolçularının iştirakı ilə onlar üçün futbol məşqləri keçirilib. 

Hansı banklar bayram günlərində işləyəcək?

Qarşıdan Yeni il gəlir. Məlum olduğu kimi, ölkədə 31 dekabr, 1,2,3,4 yanvar tarixləri qeyri-iş günü hesab edilir. Azərbaycan banklarının əksəriyyəti Yeni il bayramı günlərində istirahətə üstünlük verəcək. Banco.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, bayram günlərində bankların böyük hissəsi işləməyəcək. 

Sizlərə bayram günlərində çalışan bankların siyahısını təqdim edirik:

Azərbaycanca

Uşaqlar və qocalar evlərinə hədiyyələr paylandı

Azərbaycanca

“ASAN Radio” və “Caspian Development Bank”ın birgə təşkil etdiyi “Yeni ilə əl-ələ” adlı sosial aksiya çərçivəsində xüsusi təyinatlı müəssisələrə Yeni il hədiyyələri paylandı.

Azərbaycanda genişzolaqlı infrastrukturun inkişafına dövlət sərmayəsi ayrılacaq

Azərbaycanda genişzolaqlı infrastruktur investisiyalarının həyata keçirilmə formalarının müəyyən edilməsi zamanı mövcud şəbəkəyə nəzarət edən bazar iştirakçısı vasitəsilə subsidiyalaşdırma/stimullaşdırma təklif edilir.

Bu, Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunub.

Azərbaycanca

Azərbaycanda “Mobil hökumət” konsepsiyası hazırlanacaq

Azərbaycanda “Mobil hökumət” konsepsiyası hazırlanacaq.

Bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində deyilir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »