Azərbaycan təbii qaz ixracından qazancı 10%-dən çox artıb | Banco.az

Azərbaycan təbii qaz ixracından qazancı 10%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ölkədən 18 milyard 527 milyon 808 min kubmetr təbii qaz ixrac edilib.

Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 6 milyard 698 milyon 557 min ABŞ dolları olub.

Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 1,1% azalıb, dəyər baxımından isə 10,3% artıb. 

Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 36% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram