Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan Beynəlxalq Bankı-nın (ABB) kredit portfeli cari ilin 30 sentyabr tarixinə 6 milyard 802 milyon 549 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 451 milyon 749 min manat və ya 7,1% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 1 milyard 998 milyon 109 min manat, biznes kreditləri portfeli 3 milyard 276 milyon 889 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 1 milyard 527 milyon 552 min manat təşkil edib.
Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 199 milyon 401 min manat və ya 11,1%, 167 milyon 643 min manat və ya 5,4%, 84 milyon 705 min manat və ya 5,9% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!