Dünya bazarlarında neft bahalaşır | Banco.az

Dünya bazarlarında neft bahalaşır

 Cümə axşamı səhər neft qiymətləri ABŞ prezidenti Donald Trampın Hindistanın Rusiyadan idxalı dayandırmaq istəyi ilə bağlı bəyanatlarından sonra yüksəlib.

Banco.az xəbər verir ki, Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti  əvvəlki bağlanışdan 0,52 dollar (0,84%) artaraq 62,43 dollar/barel təşkil edib. Çərşənbə günü bu kontraktlar 0,48 dollar (0,8%) azalaraq 61,91 dollar/barelə düşüb.

Nyu-York əmtəə birjasında (NYMEX) noyabr ayı üçün WTI markalı xam neftin fyuçersləri 0,55 dollar (0,94%) artaraq barreli 58,82 dollar olub. Əvvəlki sessiyada bu müqavilələr 0,43 dollar (0,7%) ucuzlaşaraq 58,27 dollar/barel olub.