Çin Mərkəzi Bankı (PBOC) yuanın dollarla müqayisədə məzənnəsini 92 baza bəndi artıraraq 6,6010 CNY/USD-yə çatdırıb. "Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bununla da yuanın rəsmi məzənnəsi 2016-cı ilin iyun ayından etibarən maksimal həddə çatıb.
Qeyd edək ki, yuanın dollarla müqayisədə dalğalanma marjasının artması PBOC-un bu valyutaların qarşılıqlı məzənnə mexanizmində islahatlardan sonra başlayıb. Belə ki, 2015-ci ildə yuan dollarla müqayisədə 6%, 2016-cı ildə isə 6,7% devalvasiyaya uğrayaraq son 8,5 ilin minimal səviyyəsinə enib.