Müəllif: Tamara Mustafayeva, Banco.az
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres dünya üzrə yeni bərpa olunan enerji stansiyalarının 91 faizinin qalıq yanacaq alternativlərindən daha ucuz elektrik istehsal etdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının qurumları, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA), Beynəlxalq Valyuta Fondu (IMF), Beynəlxalq Enerji Agentliyi (IEA), Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dəstəyi ilə yeni bir hesabat yayımlanıb.
Hesabata görə, texnoloji innovasiyalar, rəqabətli təchizat zəncirləri və miqyas iqtisadiyyatları sayəsində xərclərin azalması bərpa olunan enerji mənbələrinin fossil yanacaqlara qarşı maliyyət üstünlüyünü qorumasını təmin edib.
Ötən il, kilovat-saat başına istehsal dəyəri baxımından:
-
Günəş enerjisi fossil yanacaqlardan 41% daha ucuz olub,
-
Dənizüstü külək elektrik stansiyaları isə 53% daha ucuz enerji istehsal edib.
-
Quru külək elektrik stansiyaları isə bərpa olunan enerji mənbələri arasında ən ucuz elektrik istehsalı mənbəyi kimi fərqlənib.
Dünyada ötən il istifadəyə verilən bərpa olunan enerji gücü 15,1% artaraq 582 giqavat olub. Bu rəqəm illik əsasda bərpa olunan enerji gücündəki artım baxımından 2000-ci ildən bəri qeydə alınan ən yüksək səviyyədir.
Bizi sosial şəbəkələrdən izləyin!!