Bu vərdişlərdən bəziləri o qədər sadə və asan görünə bilər ki, bəziləriniz bunu müntəzəm şəkildə həyata keçirmək haqqında belə düşünməyə bilərsiniz.
Bu vərdişləri adət halına gətirsəniz yaxşı olar...
- Etdiyiniz hər yaxşı işə görə özünüzü tərifləyin. Bunu gündəlik etməyə çalışın. 3 gündən sonra əhvalınız yaxşılacaq və pozitiv olacaq, özünüzü daha çox sevəcək və hörmət edəcəksiniz.
- Evdəkilərə və yaxınlarınıza komplimentlər deyin. Tərif deməkdən çəkinməyin, axı bizim diqqət və yaxşı sözlərə o qədər ehtiyacımız var ki! Həkimlər deyir ki, ürəkdən deyilmiş xoş sözlər hətta insanın sağalmasına belə kömək edir.
- Hər günə görə Allaha şükür edin. Bu, bizim ulu babalarımızın əməl etdiyi qanunlardan biri idi.
- Günə gülümsəmə ilə başlayın. Hər gün səhər tezdən duranda gülümsəyin. Bu, sizi pozitiv enerji ilə yükləyən möhtəşəm bir texnikadır. Əmin olun. Hər işin öhdəsindən gələ biləcəksiniz.
-