Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa metan qaydalarının tətbiqini təxirə salmaq barədə razılığa gəlib.
Banco.az xəbər verir ki, Avropa İttifaqı Şurası üzv ölkələrin Avropa Komissiyasının metan qaydalarına dəyişikliklər edilməsi ilə bağlı təklifinə dair Avropa Parlamenti ilə aparılacaq danışıqlarda ümumi mövqe müəyyənləşdirdiyini açıqlayıb.
Açıqlamada bildirilib ki, bu dəyişikliklərlə Yaxın Şərqdəki münaqişənin enerji bazarlarında yaratdığı fasilələr fonunda Aİ-nin enerji təchizatı təhlükəsizliyinə əlavə təzyiqin qarşısının alınması hədəflənir.
Üzv ölkələr Avropa Komissiyasının metanla bağlı təklifinin əsas müddəalarını qorumaqla yanaşı, müəyyən öhdəliklərin tətbiqini bir il təxirə salmaq barədə razılığa gəliblər.
Belə ki, təbii qaz, xam neft və kömür idxalçıları üçün metan emissiyalarının monitorinqi, hesabatlandırılması və yoxlanılması öhdəlikləri 2027-ci il yanvarın 1-dən deyil, 2028-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
