Müəllif: Tamara Mustafayeva, Banco.az
“Fox” “Roku”nu 22 milyard dollara satın alıb.
Banco.az xəbər verir ki, ABŞ-nin media şirkəti “Fox” rəqəmsal yayım platforması “Roku”nun 22 milyard dollara satın alınması prosesini başa çatdırıb.
Şirkət bu satınalma ilə reklam gəlirlərini artırmağı, idman və xəbər məzmunlarının rəqəmsal platformalarda əhatə dairəsini genişləndirməyi hədəfləyir.
İyun ayında elan edilən nağd və səhm qarşılığında satınalma sazişi “Fox”a “Roku” platformasından istifadə edən 100 milyondan çox ev təsərrüfatına çıxış imkanı verib.
Bizi sosial şəbəkələrdən izləyin!!
