WSJ: Tramp Maskdan Ukraynanın “Starlink” sisteminə çıxışını bərpa etməsini istəyib | Banco.az

WSJ: Tramp Maskdan Ukraynanın “Starlink” sisteminə çıxışını bərpa etməsini istəyib

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Trampın "SpaceX" şirkətinin təsisçisi İlon Maskdan Ukraynada "Starshield" hərbi peyk rabitə sisteminin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş etdiyi iddia olunur.

Banco.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp və Mask arasında baş tutan söhbətdən qısa müddət sonra sistemlər yenidən işləməyə başlayıb.

Bununla belə, rabitə sürəti hələ tam bərpa olunmayıb. “SpaceX” məsələ ilə bağlı şərh verməkdən imtina edib.