- Uzunmüddətli qonaqlar iştirakçıların təxminən 62%-ni təşkil edib.
- Yarışın keçirildiyi günlərdə Qazaxıstan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıqdan gələn qonaqların xərcləri 104% artıb.
Rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa şirkəti bu gün Visa Consulting & Analytics (VCA) tərəfindən toplanan xərclərlə bağlı yeni statistik məlumatları açıqlayıb. Məlumatlara əsasən, yarışın keçirildiyi həftəsonu ərzində Azərbaycana gələn əcnəbi qonaqların xərcləri, əvvəlki üç həftəsonu üzrə orta göstərici ilə müqayisədə 72% artıb. Bu artım qonaqlama, nəqliyyat, iaşə və pərakəndə satış sahələrində qeydə alınıb.
Əsas qonaq bazarlarından xərclər artıb
Yarışın keçirildiyi həftəsonu ərzində Azərbaycana gələn əsas əcnəbi turist bazarlarından xərclər artıb. Qazaxıstan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıqdan gələn qonaqların xərcləri əvvəlki həftə ilə müqayisədə 104% artıb.
Yarış həftəsi boyunca xərcləmə fəaliyyəti saxlanıb
Qonaqların məşqlər və təsnifat mərhələsindən əvvəl gəlməsi ilə əlaqədar olaraq, hotel xərcləri əvvəlki həftəyə nisbətən 81% artıb. Əcnəbi qonaqların nəqliyyat xərcləri yarışın keçirildiyi həftəsonu ərzində 91% artıb, idman mallarına xərclənən vəsait isə məşq günündən təsnifat mərhələsinə qədər 120% yüksəlib. Restoran xərcləri də yarış günü əvvəlki şənbə günləri ilə müqayisədə 29% artıb.
Yarışın həftəsonu keçirilməsi qonaqları daha uzun müddət qalmağa həvəsləndirib
Məlumatlara əsasən, bir çox qonaqlar qalma müddətlərini yarış həftəsonundan sonra da qalmaqla uzadıblar. Uzunmüddətli qonaqlar iştirakçıların təxminən 62%-ni təşkil edib və onlar ölkədə orta hesabla 12 gündən çox qalıblar.
“Böyük idman tədbirləri güclü iqtisadi və mədəni anlardır və bu il Bakıda keçirilən yarış həftəsi onların təsirinin daha geniş iqtisadiyyata və tədbirin özündən kənara necə yayıla biləcəyini göstərir. Xərclərimizlə bağlı statistik məlumatlar göstərir ki, əcnəbi qonaqlar yarış həftəsi boyunca qonaqlama, nəqliyyat, iaşə və pərakəndə satış kimi bir çox sahələrdə pul xərcləyərək yerli bizneslərə dəstək olur və Azərbaycanın turizm iqtisadiyyatına töhfə verirlər”, - deyə Visa-nın Azərbaycan üzrə Baş direktoru və ölkə meneceri Nurlan Hacıyev bildirib.
Metodologiya
Bu təhlil, Azərbaycandakı Premium və Qeyri-Premium kart sahibləri üçün ümumiləşdirilmiş Visa ödəniş əməliyyatlarına əsaslanaraq, bu ilin Bakıdakı yarış həftəsi (24-26 sentyabr 2026-cı il) ərzində xərcləmə fəaliyyətinə dair məlumatlar təqdim edir. Müqayisələr hər bir göstərici üçün ən uyğun olan dövrü istifadə edir: ümumi beynəlxalq xərclər üzrə: yarış həftəsonu (25–27 sentyabr) ilə əvvəlki üç həftəsonunun (17–19, 10–12 və 3–5 sentyabr) orta göstəricisinin müqayisəsi; beş bazar üzrə istiqamət (koridor) artımı və Premium kart sahiblərinin xərcləri baxımından: yarış günləri (24–26 sentyabr) ilə bir həftə əvvəlki eyni günlərin (17–19 sentyabr) müqayisəsi; hotel və Premium geyim xərcləri üzrə: yarış həftəsi (21–27 sentyabr) ilə əvvəlki həftənin (14–20 sentyabr) müqayisəsi; nəqliyyat xərcləri üzrə: yarış həftəsonu (25–27 sentyabr) ilə əvvəlki həftəsonunun (18–20 sentyabr) müqayisəsi; idman malları xərcləri üzrə: məşq günü (24 sentyabr) ilə təsnifat mərhələsi günü (25 sentyabr) arasında müqayisə; və restoran xərcləri ilə planlama baxımından: yarış günü (26 sentyabr) ilə əvvəlki şənbə gününün (19 sentyabr) müqayisəsi.
Visa haqqında
Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın hamı üçün genişləndirilməsi bütün dünyada insanların güzəranını yaxşılaşdırır və pulların gələcək qlobal hərəkətinin əsası təşkil edəcək. Daha ətraflı məlumat üçün: visa.com.az.
