Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin may ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (372.02 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Fransa (315.38 Mbps) ikinci, Birləşmiş Ərəb Əmirlikləri (314.49 Mbps) üçüncü olub.
153 ölkə arasında sonuncu yerdə Suriya (3.19 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 87-ci (79.25 Mbps) olub.
Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (May, 2025):
- Sinqapur – 372.02 Mbps
- Fransa – 315.38 Mbps
- BƏƏ – 314.49 Mbps
- Honkonq (Çinin xüsusi inzibati rayonu) – 310.24 Mbps
- Çili – 297.75 Mbps
- İslandiya – 297.50 Mbps
- ABŞ – 289.34 Mbps
- Cənubi Koreya – 288.54 Mbps
- İsveçrə – 257.38 Mbps
- Danimarka – 255.82 Mbps
Bizi sosial şəbəkələrdən izləyin!!