"Wall Street Journal" FED-in yeni rəhbərinin adını açıqlayıb | Banco.az

"Wall Street Journal" FED-in yeni rəhbərinin adını açıqlayıb

Cerom Paeull Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) yeni rəhbəri olacaq. Bu barədə "Wall Street Journal" nəşri öz mənbələrinə istinadən yazır.

C. Pauell hazırda FED-in İdarəedicilər Şurasının üzvüdür. 

Jurnalın yazdığına görə, Ağ ev C. Paeulli xəbərdar edib ki, D. Tramp onun namizədliyini FED rəhbəri vəzifəsinə irəli sürəcək.

FED-in hazırkı rəhbəri Canet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevral ayında başa çatır. 

Bundan öncə D. Tramp bəyan edib ki, FED-in yeni rəhbərinin adı cümə axşamı açıqlayacaq.

Mənbə: Apa.az