Unibank-ın kredit portfeli 150 milyon manatdan çox artıb | Banco.az

Unibank-ın kredit portfeli 150 milyon manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Unibank-ın kredit portfeli cari ilin 31 dekabr 2025-ci il tarixinə 1 milyard 304 milyon 631 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 150 milyon 108 min manat və ya 13% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 647 milyon 205 min manat, biznes kreditləri portfeli 554 milyon 552 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 102 milyon 874 min manat təşkil edib. 

Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 28 milyon 678 min manat və ya 4,6%, 117 milyon 648 min manat və ya 26,9%, 3 milyon 782 min manat və ya 3,8% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram