Rusiyanın buğda ixracı 14 faiz artıb | Banco.az

Rusiyanın buğda ixracı 14 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın buğda ixracı 14 faiz artıb.

Banco.az xəbər verir ki, Rusiyanın buğda ixracı 2025–2026-cı təsərrüfat ilində təxminən 14 faiz artıb.

“Rusagrotrans” Analitik Mərkəzinin “Interfax”a təqdim etdiyi ilkin məlumatlara əsasən, Rusiya 2025–2026-cı təsərrüfat ilində 48 milyon ton buğda ixrac edib.

Əvvəlki təsərrüfat ilində bu göstərici 42,2 milyon ton təşkil etmişdi. Beləliklə, Rusiyanın buğda ixracı illik müqayisədə 13,7 faiz artıb.

“Rusagrotrans” bildirib ki, qlobal bazarda rəqabətin güclənməsinə baxmayaraq, Rusiya ən böyük beş idxalçı ölkənin hamısına buğda tədarükünü artırmağa nail olub.

Analitik mərkəzin qiymətləndirməsində xüsusilə Yaxın Şərq, Şimali Afrika və Afrikanın digər bölgələri kimi Rusiya üçün strateji əhəmiyyət daşıyan bazarlarda rəqabətin daha da sərtləşdiyi vurğulanıb.

Rusiyanın 2025–2026-cı təsərrüfat ilində Misirə buğda ixracı 9,7 milyon ton təşkil edib. Bu göstərici əvvəlki təsərrüfat ilində 8,8 milyon ton olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram