Aİ-də ən yüksək faiz dərəcəsinə malik olan Rumıniya faizləri sabit saxlayıb | Banco.az

Aİ-də ən yüksək faiz dərəcəsinə malik olan Rumıniya faizləri sabit saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ-də ən yüksək faiz dərəcəsinə malik olan Rumıniyada heç bir dəyişiklik yoxdur.

Banco.az xəbər verir ki, Rumıniya Mərkəzi Bankı əsas faiz dərəcəsini dəyişməyərək 6,5 faiz səviyyəsində saxlayıb. “Bloomberg”in keçirdiyi sorğuda iştirak edən iqtisadçıların gözləntiləri də bu istiqamətdə olub.

Bir ildən artıqdır ki, borclanma xərclərini sabit saxlayan Buxarestdəki mərkəzi bank rəsmiləri mümkün pul siyasətinin yumşaldılması ilə bağlı qərar verməzdən əvvəl daha çox zamana ehtiyac olduğunu bildirirlər. Ölkədə neft qiymətlərinin bahalaşması büdcə qənaəti tədbirlərinin yaratdığı inflyasiya təzyiqlərini daha da gücləndirib.

Yaxın Şərqdəki münaqişələrin təsiri ilə neft qiymətlərinin artması may ayında Rumıniyada inflyasiyanın yenidən 10 faizdən yuxarı qalxmasına səbəb olub.

Mərkəzi Bank inflyasiyanın iyun ayında cüzi şəkildə azalacağını, daha sonra isə üçüncü rübdə nəzərəçarpacaq eniş göstərəcəyini proqnozlaşdırır. Bank hesab edir ki, xüsusilə 2025-ci ildə başlanacaq və 2026-cı ildə də davam edəcək büdcə islahatları ümumi tələbin azalması vasitəsilə uzunmüddətli perspektivdə əlavə dezinflyasiya təzyiqləri yaradacaq.

İnflyasiyanın zəifləməsi və milli valyutanın möhkəmlənməsi Macarıstan Mərkəzi Bankına iyun ayında borclanma xərclərini azaltmağa imkan verib. Polşa Mərkəzi Bankı isə gözləmə mövqeyini seçib, Çexiya Milli Bankı isə ötən ay həyata keçirilən faiz artımının təsirlərini qiymətləndirməyə davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram