NATO-nun Ankara Zirvə Görüşü: 50 milyard dollarlıq razılaşma əldə edildi | Banco.az

NATO-nun Ankara Zirvə Görüşü: 50 milyard dollarlıq razılaşma əldə edildi

Müəllif: Tamara Mustafayeva, Banco.az

NATO-nun Ankara Zirvə Görüşü: 50 milyard dollarlıq razılaşma əldə edildi.

Banco.az xəbər verir ki, NATO Ankara Zirvəsinin yekun bəyannaməsində müttəfiq ölkələrin ümumi dəyəri 50 milyard dolları aşan yeni tədarük sazişləri imzaladığı açıqlanıb.

Bəyannamədə üzv dövlətlərin NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə və transatlantik tərəfdaşlığa sarsılmaz sadiqliklərini bir daha təsdiqlədikləri bildirilib.

Sənəddə həmçinin qeyd olunub ki, Ukrayna transatlantik təhlükəsizliyə mühüm töhfə verir. Müttəfiq ölkələrin Ukraynanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməsinə göstərdikləri qətiyyətli dəstəkdə vahid mövqe nümayiş etdirdikləri vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram