Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb | Banco.az

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Müəllif:Mehin Qasımova,Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) 26 may tarixində bitən həftə üzrə ümumi ehtiyatları 159,2 milyard dollar təşkil edib.

Banco.az xəbər verir ki, Mərkəzi Bankın məlumatlarına görə, əvvəlki həftə ümumi ehtiyatlar 160,2 milyard dollar səviyyəsində olub.

Xalis ehtiyatlar eyni dövrdə 1,2 milyard dollar azalaraq 45,8 milyard dollara düşüb.

Svoplar xaric xalis ehtiyatlar da 2,2 milyard dollar azalaraq 26,6 milyard dollara düşüb.