Azərbaycanda MB-24000 yüksək enerjili lazer sistemi hava hədəflərinin aşkarlanması və zərərsizləşdirilməsi üçün hazırlanıb.
Banco.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsilah” ASC-nin tərkibində fəaliyyət göstərən “Zireh” MMC-nin rəhbəri Abas Quliyev deyib.
O bildirib ki, yüksək enerjili lazer sistemi 24 kilovat gücə malikdir 4 kilometrdək təsirli işləmə məsafəsinə sahibdir və sistemin radar vasitəsilə hədəfləri aşkarlama məsafəsi 8 kilometrə çatır.
Onun sözlərinə görə, sistem yüksəklikdə və yüksək sürətlə hərəkət edən hava hədəflərinin aşkarlanması, izlənilməsi və məhv edilməsi üçün hazırlanıb.
“Süni intellekt əsaslı avtomatik izləmə texnologiyası ilə təchiz olunan kompleks gündüz və termal kameralarla da işləyir”,- deyə Abas Quliyev bildirib. (Apa)
