Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada işsizlərin sayı yenidən 3 milyon həddini keçib.
Banco.az xəbər verir ki, Almaniyada iki aydır 3 milyon həddinin üzərində olan ümumi işsizlərin sayı sentyabr ayında artaraq bu həddə yaxınlaşıb.
Almaniya Federal Məşğulluq Agentliyi (BA) işsizlik göstəricilərinin sentyabr ayı üzrə məlumatlarını açıqlayıb.
Məlumata görə ölkədə mövsümi amillərdən təmizlənmiş işsizlərin sayı sentyabr ayında 12 min nəfər artaraq 3,01 milyona çatıb. Analitiklər işsizlərin sayında cəmi 1 min nəfərlik artım gözləyirdilər.
Mövsümi amillərdən təmizlənmiş işsizlik səviyyəsi isə sentyabr ayında dəyişməyərək 6,4 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
