ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı azalıb | Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı azalıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti üçün müraciətlərə dair həftəlik məlumatları açıqlayıb.

Məlumata görə ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı sentyabrın 26-da başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 1 min nəfər azalaraq 197 minə düşüb.

Bazar gözləntiləri işsizlik müavinəti üçün müraciətlərin sayının sözügedən dövrdə 200 min olacağı istiqamətində idi.

İşsizlik müavinəti üçün müraciətlərin sayına dair əvvəlki həftənin göstəricisi 197 mindən 198 minə yenidən nəzərdən keçirilib.

Ötən həftə etibarilə işsizlik müavinəti üçün müraciətlərin dörd həftəlik orta sayı da 2 min 500 azalaraq 200 min olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram