Laqard süni intellektlə bağlı xəbərdarlıq edib | Banco.az

Laqard süni intellektlə bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Laqard süni intellektlə bağlı xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) və Avropa Sistem Risk Şurasının (ESRB) 10 illiyinə həsr olunmuş konfransın açılışında çıxış edən AMB rəhbəri Kristin Laqard Stiven Hokinqin “Gələcəyimiz texnologiyanın artan gücü ilə ondan istifadə etmək bacarığımız arasında gedən yarışdır” fikrinə istinad edərək qlobal əməkdaşlığa çağırıb.

Avrozonadakı iri bankların təxminən 90 faizinin generativ süni intellektdən istifadə etdiyini bildirən Laqard bu texnologiyanın yaratdığı muxtariyyətin maliyyə bazarları, kibermüqavimət və geosiyasət sahələrində üç əsas risk doğurduğuna diqqət çəkib.

Laqard maliyyə bazarlarında insan nəzarətindən asılı olmadan fəaliyyət göstərən süni intellekt agentlərinin bazar şoklarını gücləndirərək qiymət manipulyasiyasına və qiymətlərin təhrif olunmasına səbəb ola biləcəyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram