Tramp külək enerjisi ilə bağlı maliyyələşdirməni ləğv edib | Banco.az

Tramp külək enerjisi ilə bağlı maliyyələşdirməni ləğv edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tramp külək enerjisi ilə bağlı maliyyələşdirməni ləğv edib.

Banco.az xəbər verir ki, nazirliyin yazılı açıqlamasında ölkə üzrə 12 dənizüstü külək enerjisi layihəsi üçün ayrılmış ümumilikdə 679 milyon dollarlıq fondun dayandırıldığı və ya geri çəkildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, bu layihələrin fondları mümkün olduqda mühüm limanların yaxşılaşdırılması və Amerikanın digər əsas infrastruktur ehtiyaclarının ödənilməsi üçün yenidən istifadə olunacaq.

ABŞ Nəqliyyat naziri Şon Daffinin açıqlamada yer alan fikirlərinə görə, “İsrafa səbəb olan külək layihələri Amerikanın dənizçilik sektorunu dirçəltmək üçün istifadə oluna biləcək resursları tükədir.”

Daffi həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp sayəsində çox bahalı və az fayda gətirən külək layihələri əvəzinə real infrastrukturun yaxşılaşdırılmasına üstünlük verilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram