Müəllif: Tamara Mustafayeva, Banco.az
Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu tənəzzül narahatlıqları fonunda davam edir.
Banco.az xəbər verir ki, Dünya İqtisadi Forumunun iclasları davam edərkən CEO-lar və iqtisadçılar 2023-cü ilin qlobal iqtisadi perspektivləri ilə bağlı pessimist proqnozlar veriblər.
Belə ki, CEO-ların 73 faizi qlobal iqtisadi artımın yaxın 12 ayda zəifləyəcəyini gözləyirlər.
İqtisadçıların üçdə ikisi şirkətlərin xərcləri azaltması səbəbindən 2023-cü ildə dünya miqyasında tənəzzül gözlədiklərini söyləyib. 18%-i isə qlobal artımın azalmasının “son dərəcə mümkün” olduğunu düşünür.
Bizi sosial şəbəkələrdən izləyin!!
