Müəllif: Tamara Mustafayeva, Banco.az
Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu keçən il büdcəsində giqa layihələrin dəyərini 8 milyard dollar azaldıb.
Banco.az xəbər verir ki, İctimai İnvestisiya Fondu 2024-cü ilin sonu etibarilə portfelindəki giqa proyektlərin dəyərinin 241 milyard rial (64,2 milyard dollar) olduğunu açıqlayıb. Bu rəqəm əvvəlki illə müqayisədə 12%-dən çox azalma deməkdir. 2017-ci ildən bəri illik gəlirlər isə əvvəlki ilin eyni dövrünə görə 8,7%-dən 7,2%-ə düşüb.
Bununla belə, idarəetmə altındakı ümumi aktivlər 19% artaraq 913 milyard dollara yüksəlib və fond dünyanın ən böyük dövlət dəstəkli investorlarından biri kimi mövqeyini möhkəmləndirib.
Şirkət 2030-cu il üçün aktiv hədəfini əvvəlki 1,87 trilyon dollardan 2,67 trilyon dollara qaldırıb.
Fond Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Neom da daxil olmaqla onlarla meqaproyekti əhatə edən Vizyon 2030 planına rəhbərlik edir. Lakin hökumətin aşağı neft qiymətləri səbəbilə büdcə kəsiri ilə üzləşməsi və xərclərə nəzarət etməsi bu vəzifəni daha çətin hala gətirir.
Bizi sosial şəbəkələrdən izləyin!!