Bəzən səyahətlərimiz zamanı işlərimizin daha rahat getməsi, həmçinin səyahətimizin daha əyləncəli üstəgəl daha güvənli olmasını istəyirik. Getdiyimiz hər yerdə yüksək səviyyədə qarşılanmaq və üstünlüklərə sahib olmaq istəyirik. Bizə bu imtiyazları verən bir məhsulun olması isə ən vacib şeylərdən biridir.
Bu məhsula bankların yüksək imtiyazlı kartları aiddir. Hansı ki, bu kartlar sahiblərinə özəl səyahətləri təşkil edir, bir çox əyləncə tədbirlərinə girişə imkan verir, ölkə daxilində və xaricində gözəl hədiyyələr tapmaq imkanı təklif edir, əgər kart sahibi getdiyi yerdə güvənli və etibarlı xidmətlərə ehtiyac duyarsa, konsyerjlərdən biznes xidmətləri (məs., katiblər, kuryer xidmətləri), şəhərdaxili və ev xidmətləri (məs., sanitar/elektrik ustaları, dayələr, dil kursları, şəxsi məşqçilər, və s.), və peşəkar xidmətlər (məs., həkimlər, stomatoloqlar, hüquqi xidmətlər, peyvənd və təcili tibbi yardım xidmətləri) üçün məsləhət xidməti göstərir və s. üstünlüklərə sahib olur. Həmçinin kart sahibləri hava limanlarında VIP zallarda xidmət görür və səyahətləri sığortalanır.
Bu üstünlükləri bankların təklif etdiyi Visa İnfinite, MasterCard Black Edition və Mastercard World Elite kimi plastik kartlar verir. Təbii ki, hər bir bankın təklif etdiyi üstünlüklər qismən bir-birindən fərqlənir.
Bəs bu imtiyazlı kartları hansı banklardan və hansı qiymətə əldə etmək olar?
Banco.az olaraq bu növ kartları təklif edən bankları və onların qiymətlərini araşdırdıq:
Bank |
İmtiyazlı kartlar |
1 illik xidmət haqqı (AZN) |
AccessBank* |
Visa İnfinite |
- |
MasterCard Black Edition |
- |
|
AFB Bank |
Visa İnfinite |
250 |
AGBank |
Visa İnfinite |
200 |
Azər Türk Bank |
Visa İnfinite
|
250 |
Mastercard World Elite |
400 | |
Bank of Baku |
Visa İnfinite |
200 |
Bank Respublika |
Visa İnfinite |
300 |
Mastercard World Elite |
300 | |
Beynəlxalq Bank |
Visa Infinite |
350 |
Mastercard World Elite |
350 | |
Kapital Bank |
Visa İnfinite |
300 |
Mastercard World Elite |
300 | |
Unibank |
Visa Infinite |
300 |
- Qeyd edək ki, AccessBank-ın imtiyazlı kartları yalnız bankın müştərilərinə onların dövriyyələrindən asılı olaraq hədiyyə kimi təqdim olunur.