Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyanın dəniz yolu ilə xam neft tədarükü oktyabr ayından etibarən azalma tendensiyası nümayiş etdirir.
Banco.az xəbər verir ki, oktyabr ayından bəri Rusiyanın dəniz yolu ilə xam neft tədarükü təxminən 11 faiz azalıb.
Ölkənin əsas ixrac terminallarından birində aparılan təmir işləri ötən həftə nəql prosesini daha da azaldıb.
Dörd həftəlik orta həcmlər dekabrın 15-dək olan dövrdə gündəlik 3,06 milyon barel təşkil edib. Bu, iki ay əvvəl 3,46 milyonluq zirvədən 10 faizdən çox azalma deməkdir.
Bu azalma Qərb dövlətlərinin Rusiyanın neft axınını saxlamaq üçün yaratdığı kölgə tanker donanmasına təzyiqi artırması ilə əlaqələndirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!