ABŞ-də işsizlik müavinəti üçün müraciətlərin sayı azalıb | Banco.az

ABŞ-də işsizlik müavinəti üçün müraciətlərin sayı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-də işsizlik müavinəti üçün müraciətlərin sayı azalıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti üçün müraciətlərə dair həftəlik məlumatları açıqlayıb.

Məlumata görə, oktyabrın 17-də başa çatan həftədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı əvvəlki həftə ilə müqayisədə 6 min nəfər azalaraq 194 minə düşüb.

Bazarın gözləntisi bu göstəricinin 200 min nəfər olacağı istiqamətində idi.

Əvvəlki həftəyə aid məlumatlara da yenidən baxılıb və müraciətlərin sayı 199 mindən 200 minə yüksəldilib.

Ötən həftə üzrə işsizlik müavinəti üçün müraciətlərin dörd həftəlik orta göstəricisi isə 1 min azalaraq 197 min 750 nəfər olub.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı da oktyabrın 10-da başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 25 min artaraq 1 milyon 728 min nəfərə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram