"PAŞA Bank"ın işçilərinin sayı açıqlanıb | Banco.az

"PAŞA Bank"ın işçilərinin sayı açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-iyun aylarında "PAŞA Bank"ın işçilərinin sayı 1 414 nəfərə bərabər olub.

Banco.az xəbər verir ki, bu barədə “PAŞA Bank”ın 2025-ci ilin ilk 6 ayının nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirilib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7.8% və ya 102 nəfər çoxdur. Belə ki, 2024-cü ilin ilk 6 ayının sonunda bankın işçi sayı 1 312 nəfər olub.