Yanvarda ölkəyə 202 mln. dollarlıq yeyinti məhsulları idxal edilib | Banco.az

Yanvarda ölkəyə 202 mln. dollarlıq yeyinti məhsulları idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar ayında 202 milyon 419 min dollarlıq yeyinti məhsulları idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3% və ya 666 min dollar azalıb.

Məlumata görə, 2025-ci ilin ilk ayında idxal edilən yeyinti məhsullarının dəyəri 203 milyon 86 min dollar olub.

Qeyd edək ki, bu il idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 15,54% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram