Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan iqtisadiyyatında artım tempi 2025-ci ildə zəifləyib, lakin 2026-cı ildə yenidən bərpa olunacağı proqnozlaşdırılır.
Banco.az verir ki, bu barədə beynəlxalq sığorta və aktivlərin idarəedilməsi şirkəti olan "Allianz Group"un məlumatında qeyd edilib.
Bildirilib ki, Azərbaycanın iqtisadi dinamikası 2024-cü ildəki 4,1%-dən 2025-ci ildə təxminən 1,6%-ə qədər yavaşlayıb. Lakin təbii qaz ixracının və qeyri-neft sektorunun genişlənməsi hesabına artım 2026-cı ildə 2,6%-ə qədər yüksələcək.
2025-ci ildə inflyasiya 5,6%-ə yüksəlib. Buna baxmayaraq inflyasiya hələ də Mərkəzi Bankın 4% ±2 faiz bəndi hədəf diapazonu daxilində qalır.
Bizi sosial şəbəkələrdən izləyin!!
