Müəllif: Gülnar Əhmədli, Banco.az
Türkiyə bu ilin yanvar ayında Azərbaycandan 19 milyon 543 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15 milyon 315 min dollar və ya 4,6 dəfə çoxdur.
Hesabat dövründə Türkiyənin idxal etdiyi neftin həcmi isə illik müqayisədə 33 min 120 ton və ya 4,8 dəfə artaraq 41 min 762 tona çatıb.
Qeyd edək ki, bu dövrdə İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
