“PAŞA Bank” ASC-nin Müşahidə Şurasında dəyişikliklər baş verib | Banco.az

“PAŞA Bank” ASC-nin Müşahidə Şurasında dəyişikliklər baş verib

Ölkənin aparıcı korporativ institutu “PAŞA Bank” ASC-nin Müşahidə Şurasında dəyişiklik baş verib. Belə ki, Şirin Əliyeva Bankın Müşahidə Şurasının müstəqil üzvü təyin olunub.

Şirin Əliyeva Azercell şirkətinin Baş Hüquq və Data strategiyası inzibatçısıdır. Bundan öncə Şirin xanım Sumqayıt Texnologiya Parkında, eləcə də PAŞA İnvestments şirkətlərində çalışıb.

Qeyd edək ki, 2011-ci ildən 2018-ci ilədək Şirin Əliyeva “PAŞA Bank”da hüquq sahəsi üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bankda çalışdığı son 3 il ərzində Ş.Əliyeva İdarə Heyətinin üzvü olub.