Ötən il əhalinin içki və tütünə çəkdiyi xərc 3 mlrd. manata yaxın olub | Banco.az

Ötən il əhalinin içki və tütünə çəkdiyi xərc 3 mlrd. manata yaxın olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində ötən il istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 2 milyard 890.3 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 2,8% çoxdur. 

Əlavə edək ki, 2025-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,3%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram