Azərbaycanda Ani ödəniş sistemi vasitəsilə gündəlik əməliyyatların sayı 1 milyona çatıb | Banco.az

Azərbaycanda Ani ödəniş sistemi vasitəsilə gündəlik əməliyyatların sayı 1 milyona çatıb

Müəllif: Mehin Qasımova, Banco.az

Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə gündəlik həyata keçirilən əməliyyatların sayı 1 milyona çatıb.

Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.

O qeyd edib ki, 2024-cü ildə bu göstərici aylıq əməliyyatların sayına uyğun gəlirdisə, hazırda sistem vasitəsilə gündə 1 milyon əməliyyat həyata keçirilir: “Bu sistemin miqyası genişlənməkdə davam edir. Hazırda Ani Ödənişlər Sisteminin həm region ölkələrinin, həm də regiondan kənar ölkələrin ödəniş sistemləri ilə inteqrasiyasında maraqlıyıq. Türkiyə Mərkəzi Bankı ilə də bu istiqamətdə sıx əməkdaşlıq edirik və müvafiq işlər aparılır”.

Vüsal Xəlilov qeyd edib ki, ölkələrarası ödənişlərin xərclərinin azaldılmasında fintex şirkətləri mühüm rol oynaya bilər: “Bu əməkdaşlıq regionda maliyyə texnologiyaları sektorunun inkişafı üçün əlavə imkanlar yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram