Neft ucuzlaşıb | Banco.az

Neft ucuzlaşıb

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb. 

Banco.az xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 0,57% ucuzlaşaraq bir barel üçün 106,04 dollara düşüb.

ABŞ-nin “WTI” markalı xam nefti isə 0,5% azalaraq 93,27 dollardan satılıb. “Brent” bazar ertəsi sessiyanı 106,65 dollar səviyyəsində başa vuraraq sentyabrın 15-dən bəri ən yüksək qiymətinə çatmışdı.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın dünya bazarlarına dizel tədarük etməyə razılaşdığını bildirib. Tramp administrasiyası, həmçinin Moskvanı Ukrayna müharibəsindən əldə etdiyi gəlirlərdən məhrum etməyi hədəfləyən Rusiya yanacağına qarşı ABŞ sanksiyalarını müvəqqəti olaraq dayandırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram