Ötən il Azərbaycanda qaz istehlakı 13 milyard kubmetri ötüb | Banco.az

Ötən il Azərbaycanda qaz istehlakı 13 milyard kubmetri ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2025-ci ildə təbii qaz istehlakı 13 milyard 240 milyon 554 min kubmetr təşkil edib.

Banco.az bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verir.

Məlumata görə, təbii qaz istehlakı 2024-cü illə müqayisədə 425 milyon 799 min kubmetr və ya 3,1% azalıb.

2024-cü ilin sonunda Azərbaycanda təbii qaz istehlakı 13 milyard 666 milyon 353 min kubmetrə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram