İranda dövlət bankı Milli Neft Şirkətinin hesablarını dondurub | Banco.az

İranda dövlət bankı Milli Neft Şirkətinin hesablarını dondurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İranda dövlət bankı Milli Neft Şirkətinin hesablarını dondurub.

Banco.az xəbər verir ki, yarı rəsmi “Fars” xəbər agentliyinin məlumatına görə, Sənaye və Mədən Bankı İran Milli Neft Şirkətinin bank hesablarını dondurub.

Xəbərdə bu qərarın səbəbi açıqlanmayıb. Sənaye və Mədən Bankı avqust ayında da borclarla əlaqədar İran Milli Neft Şirkətinin hesablarını dondurmuşdu.

İran Milli Neft Şirkətinin adının açıqlanmasını istəməyən rəsmisi bildirib ki, hesabların dondurulması şirkət əməkdaşlarının və təqaüdçülərinin maaşlarının ödənilməsində problemlər yaradıb.

İranın neft və təbii qaz sektorunda fəaliyyət göstərən əsas dövlət şirkəti olan İran Milli Neft Şirkəti ABŞ-nin birtərəfli sanksiyalarına geniş şəkildə məruz qalır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram