ChatGPT-dən tövsiyə aldı, xəstəxanalıq oldu | Banco.az

ChatGPT-dən tövsiyə aldı, xəstəxanalıq oldu

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-də 39 yaşlı Devid Rozental ChatGPT-nin verdiyi iddia edilən tibbi məsləhətlərin sağlamlığına zərər vurduğunu əsas gətirərək "OpenAI" şirkətini məhkəməyə verib.

Banco.az xəbər verir ki, San-Fransiskoda qaldırılan iddiaya görə, Rozental dərmanlarla bağlı qərarlar qəbul edərkən çatbotun cavablarına əsaslanıb.

Şikayətdə bildirilir ki, "ChatGPT" dərmanların qarşılıqlı təsiri barədə yanlış məlumat verib.

İddiaçı ruhi sağlamlığının pisləşdiyini və həftələrlə xəstəxanada müalicə aldığını bildirib. Onun hüquqşünasları süni intellektin təhlükəsizliyi və şirkətin mümkün məsuliyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Hadisə süni intellektin sağlamlıqla bağlı suallara cavab verərkən dəqiqliyi, istifadəçilərin təhlükəsizliyi və texnologiya şirkətlərinin məsuliyyəti məsələlərini yenidən gündəmə gətirib.