Çin iqtisadiyyatı üçüncü rübdə 4,5 faiz artıb | Banco.az

Çin iqtisadiyyatı üçüncü rübdə 4,5 faiz artıb

Müəllif:Mehin Qasımova,Banco.az

Çin iqtisadiyyatı 2026-cı ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% artıb.

Banco.az xəbər verir ki, bu göstərici iqtisadçıların 4,4%-lik proqnozunu üstələyib.

İqtisadi artıma texnologiya məhsullarına xarici tələbatın güclü olması, dövlət investisiyalarının artması və ixrac sektorunun müsbət göstəriciləri dəstək verib.

Çin iqtisadiyyatı ikinci rübdə 4,3% böyümüşdü. Beləliklə, üçüncü rübdə artım tempi sürətlənib.

Sentyabr ayında ölkədə pərakəndə satışlar illik müqayisədə 1,1%, sənaye istehsalı isə 5,5% artıb. Şəhər yerlərində işsizlik səviyyəsi 5,2% təşkil edib.

Bununla belə, daşınmaz əmlak sektorundakı böhran, zəif istehlak tələbi və özəl investisiyalardakı durğunluq Çin iqtisadiyyatı üçün əsas problemlər olaraq qalır.