Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələrin adları açıqlanıb | Banco.az

Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələrin adları açıqlanıb

Müəllif:Mehin Qasımova,Banco.az

Beynəlxalq Valyuta Fonduna (BVF) ən çox borcu olan ölkələrin siyahısı açıqlanıb.

Banco.az xəbər verir ki, 2026-cı ilin oktyabr ayının əvvəlinə olan məlumatlara görə, Argentina 56,8 milyard dollarlıq borcla ilk sırada qərarlaşıb.

Ukrayna 14,4 milyard dollarla ikinci, Pakistan 10,8 milyard dollarla üçüncü, Misir 10,6 milyard dollarla dördüncü, Ekvador isə 9,4 milyard dollarla beşinci yerdədir.

Siyahıda Fil Dişi Sahili 5,6 milyard dollar, Qana 4 milyard dollar, Keniya isə 3,8 milyard dollar borcla yer alıb.

Argentinanın BVF-yə borcu növbəti altı ölkənin — Ukrayna, Pakistan, Misir, Ekvador, Fil Dişi Sahili və Qananın ümumi borcunu üstələyir.

Qeyd edək ki, bu göstəricilər ölkələrin yalnız BVF qarşısında olan kredit öhdəliklərini əks etdirir. 

 Dövlət istiqrazları, beynəlxalq banklardan alınan kreditlər və digər xarici borclar bu məbləğlərə daxil deyil.