Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ilin oktyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (29,5 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (17,7 milyon ABŞ dolları) ikinci və qızıl (16,9 milyon ABŞ dolları) üçüncü olub.
Banco.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr sayına istinadən xəbər verir.
Məlumata görə, cari ilin yanvar-oktyabr aylarında ən çox ixrac edilən məhsullar isə elektrik enerjisi (348,1 milyon ABŞ dolları), pomidor (126,1 milyon ABŞ dolları) və qızıl (118,7 milyon ABŞ dolları) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!