Bu ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 150,7 mln. manatlıq xidmət göstərib ki, onun da 75,2%-i əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,6% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,2%-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 44%-i və ya 66,3 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
report.az