Ötən ay dövlət xəttilə 17 milyon manatdan çox ipoteka krediti verilib | Banco.az

Ötən ay dövlət xəttilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayı ərzində 17.4 milyon manat kredit verilib.

Bu, 2025-ci ilin eyni dövrü ilə (21.2 milyon manat) müqayisədə 3.8 milyon manat və ya 17.9% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 19.6 (illik müqayisədə 7.7% çox) milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram