Nio, XPeng və Li Auto fevralda elektromobil satışlarını artırıb | Banco.az

Nio, XPeng və Li Auto fevralda elektromobil satışlarını artırıb

 Müəllif - Fərid İslamov - Banco.az

 Çin elektromobil istehsalçıları Nio, XPeng və Li Auto 2025-ci ilin fevralında satışlarını illik müqayisədə artırıb, bu barədə şirkətlərin məlumatlarında deyilir.  

Nio 13 192 elektromobil təhvil verib ki, bu da ötən ilin göstəricisindən 62% çoxdur. XPeng tədarükləri 6,7 dəfə artaraq 30 453 avtomobilə çatıb. Li Auto-nun satışları isə 30% yüksələrək 26 263 maşın təşkil edib.  

Üç Çin şirkətinin ümumi tədarükləri təxminən 70 min elektromobil səviyyəsində olub ki, bu da təqribən 2,1 dəfə artımı göstərir.  

Citigroup analitiklərinin proqnozlarına görə, fevralda Çində yeni elektromobillərin bazar payı təxminən 53% təşkil edib, martda isə bu göstərici 65%-ə qədər arta bilər.  

Yanvar-fevral aylarında Nio 27 055 elektromobil təhvil verib (ötən ilin eyni dövrü ilə müqayisədə 49% artım), Li Auto 56 190 avtomobil (9,3% artım), XPeng isə tədarükləri 4,8 dəfə artıraraq 60 803 maşına çatıb.  

BYD fevralda 318 mindən çox yeni enerji mənbəli avtomobil (NEV) bazara çıxarıb ki, bu da ötən ilin göstəricisini 2,6 dəfə üstələyir. Geely satışlarını 84% artırmış və təxminən 205 min maşın satmışdır.  

2024-cü ilin mart ayının sonunda ilk elektromobili SU7-ni təqdim edən smartfon istehsalçısı Xiaomi fevralda 20 mindən çox avtomobil təhvil verib. Şirkət beşinci ay ardıcıl olaraq 20 mindən yuxarı satış həcmini qeydə alır.