Müəllif: Tamara Mustafayeva, Banco.az
“Morgan Stanley”in proqnozuna görə, dollar gələn ilin ortalarında Kovid-19 pandemiyası zamanı müşahidə olunan səviyyələrə düşəcək.
Banco.az xəbər verir ki, “Morgan Stanley”nin proqnozlarına görə, dollar faiz endirimləri və iqtisadi artımın yavaşlamasının təsiri ilə gələn ilin ortalarına qədər Kovid-19 pandemiyası zamanı müşahidə olunan səviyyələrə qədər enəcək.
Strateq Metyu Hornbax və digər mütəxəssislərin 31 may tarixli qeydlərində qeyd olunur ki, ABŞ Dolları İndeksi gələn ilin bu dövründə təxminən 9 faiz azalaraq 91 səviyyəsinə enəcək. Strateqlər yazırlar: “İki il ərzində geniş diapazonda dəyişkənlik göstərən faiz dərəcələri və valyuta bazarlarının ABŞ dollarını daha aşağı səviyyələrə salacaq və gəlir əyrilərini daha da dikləşdirəcək əhəmiyyətli bir trenda daxil olduğunu düşünürük.”
Beləliklə, “Morgan Stanley” də, ABŞ Prezidenti Donald Trampın qlobal ticarətə zərər verən yanaşmasından sonra dolların zəifləyəcəyini proqnozlaşdıran banklar sırasına qoşuldu. Mera Çandanın rəhbərlik etdiyi “JPMorgan Chase & Co.” strateqləri isə ötən həftə ABŞ valyutası ilə bağlı mənfi mövqelərini saxladıqlarını və bunun əvəzinə yen, avro və Avstraliya dollarına yatırım edilməsini tövsiyə etdiklərini bildiriblər. Ticarət qeyri-müəyyənliyi dollar üzərində təzyiq yaratdığı üçün ABŞ valyutası artıq bu il zəifləyib. Dollar İndeksi fevral ayında olan zirvə nöqtəsindən bu yana təxminən 10 faiz dəyər itirib.
Bizi sosial şəbəkələrdən izləyin!!