Macarıstan Azərbaycana birbaşa xarici investisiyaları 3 dəfəyədək azaldıb | Banco.az

Macarıstan Azərbaycana birbaşa xarici investisiyaları 3 dəfəyədək azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə Macarıstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 366 milyon 443 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,8 dəfə və ya 652 milyon 205 min dollar azdır.

Qeyd edək ki, 2024-cü ildə bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 milyard 18 milyon 648 min dollar təşkil edirdi.

Ötən il Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda Macarıstanın payı 5,6%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram