İran: Müharibəyə baxmayaraq, 5 milyon tondan çox neft ixrac edilib | Banco.az

İran: Müharibəyə baxmayaraq, 5 milyon tondan çox neft ixrac edilib

Müəllif:Mehin Qasımova,Banco.az

İran ABŞ-ın hücumları ilə başlayan müharibəyə, davam edən gərginliyə və gücləndirilmiş sanksiyalara baxmayaraq, son altı ayda 5,14 milyon ton neft məhsulu ixrac edib.

Banco.az xəbər verir ki, bu barədə İranın Fars xəbər agentliyi Hörmüzqan Dənizçilik və Liman İdarəsinin baş direktoru Məhəmməd Rza Məhəmməd Hüseynithtinin açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, müharibə və sanksiyalar neft məhsullarının ixracının dayanmasına səbəb olmayıb. İxrac əməliyyatları Hörmüz boğazı yaxınlığında yerləşən Hörmüzqan əyalətində də davam etdirilib.

Hüseynithti bildirib ki, İran təqvimi ilə ilin ilk günü olan 21 martdan başlayan altı aylıq dövrdə Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında 325 gəmi əməliyyatı həyata keçirilib. Bu əməliyyatlar çərçivəsində ümumilikdə 5 milyon 140 min ton neft məhsulu ixrac olunub.

Açıqlamaya əsasən, İranın neft məhsullarının ixracı regionda davam edən hərbi gərginliyə və sanksiyalara baxmayaraq, fasiləsiz davam edib.