Müəllif - Fərid İslamov - Banco.az
İsveç fintech-startupu Klarna ABŞ-da ilkin açıq səhmdar yerləşdirilməsi (IPO) planına qayıdıb və 1,27 milyard dollar cəlb etməyi planlaşdırır.
Şirkət 34,3 milyon səhm yerləşdirəcək, qiymət aralığı 35–37 dollar olacaq, bildirilib. Klarna təxminən 5,6 milyon səhm satacaq, digər səhmdarlar (o cümlədən Sequoia Capital və Heartland A/S) isə təxminən 28,8 milyon səhm satacaqlar.
Əsas təklifçi (underwriter) şirkətlər: Goldman Sachs, J.P. Morgan və Morgan Stanley.
Klarna-nın səhməri New York Birjası (NYSE)-də KLAR tickeri ilə ticarət olunacaq.
Əgər satış qiymətin yuxarı həddində baş tutarsa, şirkətin bazar dəyəri təxminən 14 milyard dollar təşkil edəcək.
Klarna SEC-ə ilkin müraciətini 2024-cü ilin noyabrında təqdim etmişdi. Lakin bu il apreldə şirkət IPO-nu dayandırdı, səbəb Vaşinqtonun başladığı ticarət müharibəsi və dünya maliyyə bazarlarında yaranan qeyri-sabitlik idi.
İsveç şirkəti əvvəlcə 2021-ci ildə açıq bazara çıxmağı planlaşdırırdı və o zaman təxminən 50 milyard dollar qiymətləndirilmişdi. 2022-ci il investisiya turunda isə şirkət 46,5 milyard dollar qiymətləndirilmişdi.
